“Hökumət inflyasiya ilə mübarizə aparır. Lakin inflyasiya ilə mübarizədə ən yaxşı vasitə bolluq yaratmaqdır. Düşünürəm ki, insanları ən çox incidən kənd təəssüratı və ərzaq məhsullarının sürətlə bahalaşmasıdır”.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı deputat Rüfət Quliyev bildirib.
Onun sözlərinə görə, regionlarda ən böyük problem işsizlikdir: “Biz gərək regionlarda start üsulu ilə kiçik və mikrobiznesə xüsusi şərtlər tətbiq edək. Məsələn, onlara üçillik tətillər verilsin. Onlar üçün tətbiq olunan kommunal haqlar (su, işıq, qaz) 50 faiz aşağı olsun. Vergi güzəştləri tətbiq olunsun. Bakıda, Sumqayıtda, Mingəçevirdə yaradılan emal müəssisələri ilə fərq olmayacaqsa, sahibkar gedib Masallıda, Şəkidə, Lerikdə və digər regionlarda müəssisə yaratmayacaq”.
Deputat əlavə edib ki, hazırda kardio asperin, asperin kimi dərmanlar çatışmır.