SOSİUM

18 Noyabr

Türkmənbaşıdan Bakıya sərnişin daşıyan bərələrə onlayn bilet satışı xidməti istifadəyə verlib

Dəniz Ticarət Donanması Səhmdar Cəmiyyəti mmf.com.tm rəsmi saytında Türkmənbaşı - Bakı - Türkmənbaşı istiqamətində komfortlu sərnişin Ro-Pax sinifli bərələrdə onlayn bilet satışı xidməti istifadəyə verlib.
"Fins.az" xəbər verir ki, yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş və beynəlxalq ekoloji keyfiyyət standartlarına cavab verən “Bərkarar” və “Baqtyar” gəmiləri beynəlxalq marşrut üzrə müntəzəm olaraq sərnişin və nəqliyyat vasitələrinin dəniz daşımalarını həyata keçirməkdə davam edir.

Qeyd edək ki,gəmi hər gün Türkmənbaşı şəhərinin sərnişin, Qızılsuv kəndinin dəniz stansiyasından yola düşür. Dəniz səyahətləri üçün biletləri həm donanmanın rəsmi saytında, həm də Dəniz Ticarət Donanması ASC-nin kassalarından əldə etmək olar.