SOSİUM

18 Noyabr

Bakıda səhər saatlarında ​nəqliyyatın hərəkətində sıxlıq yaranıb - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən "Fins.az"a bildirilib ki, hazırda paytaxtın aşağıda göstərilən yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;

5. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

6. Zərifə Əliyeva küçəsində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.