“İnsan kapitalının rəqabət qabiliyyətinin artırılması istiqamətində səylərimizi artırmalıyıq”.
Fins.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, bu nöqteyi-nəzərdən Azərbaycanda 2013-cü ildə hazırlanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yenidən işlənməlidir: “Belə addım atılsa, təhsil sahəsində çalışanların maaşı orta aylıq əməkhaqqından yuxarı olacaq. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə elmə ayrılan vəsait adambaşına 700 dollardan çox, Azərbaycanda isə 20 dollardan aşağıdır. Hesab edirəm bu istiqamətdə proqram hazırlanmalı, islahatlar çərçivəsində elmə ayrılan vəsait artırılmalıdır. Eyni zamanda büdcədə sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artıb. Çox yaxşı bilirik ki, əməkhaqqı, müavinət artacaq xəbəri çıxanın səhəri günü qiymətlər daha sürətlə artır, süni qiymət artımı görürük. Buna görə də büdcədə bu istiqamətə nəzərdə tutulan vəsaitin inflyasiyanı üstələməsi lazımdır. Xüsusilə monopoliyada olan inflyasiyanın yerinə bu artımlar 2023-cü ilin büdcəsində ciddi artım tədbirlərinin həyata keçirilməsi vacibdir”