SOSİUM

17 Noyabr

Tahir Kərimli: Ünvanlı sosial yardımı ləğv edib, uşaqpulu vermək lazımdır

“Uşaqpulu məsələsi ilə bağlı sistemli dəyişiklik etmək lazımdır”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, ünvanlı sosial yardımdan hamı narazılıq edir: “Buna görə də hamının razı qalması üçün uşaqpulu vermək lazımdır”.

Deputat dağ kəndlərində, rayonlarında qaz limitinin ləğv olunmasını da təklif edib.