SOSİUM

17 Noyabr

Azərbaycanda dərman vasitələri ilə bağlı xüsusi dövlət proqramı hazırlanır

Azərbaycanda dərman vasitələri ilə bağlı xüsusi dövlət proqramı hazırlanır.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov noyabrın 17-də parlamentin plenar iclasında büdcə müzakirələri zaman deyib.

Ə.Əmiraslanov bildirib ki, bu gün əhali arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var.

“Bunun da həllinə nail olmaq lazımdır. Məndə olan məlumata görə, dərman vasitələri ilə bağlı hökumət tərəfindən ciddi proqram hazırlanır və inanırıq ki, bu sənəd dərman problemlərini həll edəcək”, - deyə o əlavə edib.