Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilib.
Küçənin uzunluğu 860 metr, ortalama eni 10.5 metr təşkil edir.
Təmir çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri görülüb.
Küçə boyu 2000 p/metr səki daşı düzülüb, 90 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Zəruri yerlərdə yeni yağış barmaqlıqları, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq yeni baxış qapaqları qoyulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 km təşkil edən 5 küçə təmir edilib.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3.5 km təşkil edən küçələr təmir edilib.