SOSİUM

16 Noyabr

Nazir: “İnvestisiya Holdinqinin müəssisələri gəlirini 54 % artırıb”

2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan dövlət müəssisələrinin gəliri 2020-ci illə müqayisədə 54 % çox olub.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu ilin I yarısında isə İnvestisiya Holdinqinin müəssisələri gəlirini illik müqayisədə 68 % artırıb.

Nazir dövlətə məxsus müəssisələrin özəlləşdirilməsinə də toxunub və qeyd edib ki, indiyə qədər “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus 5 şirkət özəl sektora ötürülüb.