SOSİUM

16 Noyabr

Mərkəzi Nəbatat Bağına giriş ziyarətçilər üçün bağlanır

Noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlı olacaq.

Fins.az xəbər verir ki, bu barədə Bakı şəhər Mərkəzi Nəbatat Bağından bildirilib.

Qeyd olunub ki, parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar bura istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə ziyarətçilər üçün bağlanır.