SOSİUM

14 Noyabr

TRACECA Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24,4% ARTIB

2022-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37829,6 min ton, yük dövriyyəsi isə 9435,5 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4% və 31,5% artım müşahidə olunub.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. 

Məlumata görə, yüklərin 20376,1 min tonu və ya 53,9 faizi avtomobil nəqliyyatı, 12435,7 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 5017,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4 faizini və ya 10352,5 min tonunu tranzit yüklər təşkil edib.