SOSİUM

14 Noyabr

Bakı metrosunda elektrik problemi qatarların hərəkətini gecikdirib

Gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun  verdiyi məlumata görə, 4 dəqiqədən sonra işıqlanma bərpa olunub.

“Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub və hazırda gecikmə tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir. Hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək”, - deyə B.Məmmədov bildirib.