SOSİUM

11 Noyabr

“Uşaqlara dəstək ünvanlı olmalıdır, nəinki ümumi”

“Millət vəkilləri həssas təbəqədən olan uşaqlara uşaqpulunun verilməsi ilə bağlı məsələni qaldırdı. Mən bu barədə dəfələrlə açıqlama vermişəm. Bir daha bildirirəm ki, bu gün həssas kateqoriyadan olan 600 min uşaq dövlətdən müavinət və vəsait alır”.

“Fins.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib. 

“Altı yüz min uşaq vəsait alır. Ünvanlı sosial yardım alan ailələrin uşaqları, sağlamlıqları məhdud olan uşaqlar, beş və daha çox övladı olan ailələr vəsaiti alır. Dövlətin yanaşması, hökumətin yanaşması ondan ibarətdir ki, həssas kateqoriyadan olan uşaqlara dəstək verməliyik. O dəstək ünvanlı olmalıdır, nəinki ümumi”, - deyə nazir qeyd edib.