“Cari ildən başlayaraq hərbçilərə və xüsusi rütbəli şəxslərə icbari sığorta ödənişləri də ƏƏSMN tərəfindən ödənilir”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu günə qədər bu ödənişlər keyfiyyətlə ödənilib:
“Eyni zamanda, dövlət başçısının humanist addımı ilə I Qarabağ müharibəsində yaralanan, əlilliyi olan şəxslərə də birdəfəlik ödənişlər verilir. Bu, cari ildən icra olunur”.