SOSİUM

11 Noyabr

Nazir: Qanun layihəsi hazırlanıb, DSMF və İSF-nin ehtiyat fondu investisiyalara yönləndiriləcək

“Vahid büdcə təsnifatı təkmilləşdirilməlidir ki, bu zaman fondların büdcələrinin həm gəlirləri, həm xərcləri təqdim edilə bilinsin”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Hesablama Palatası bunu onlara irad tutur: “Amma bunun üçün büdcə təsnifatı təkmilləşdirilməlidir: “Dövlət Sosial Müdafiə Fondu əhalinin ən həssas kəsimi ilə işləyir. Ehtiyatların investisiyaya yönəldilməsi fikri ilə razıyıq, bu, ən böyük yeniliklərimizdən biri olacaq. Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun ehtiyat fondunun investisiyalara yönləndirilməsi ilə bağlı qanun layihəsi artıq hazırdır, aidiyyəti qurumlar tərəfindən dəstəklənib. Gələn ildən bu, artıq tətbiq ediləcək”.