SOSİUM

11 Noyabr

Bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 41,8% artıb

Oktyabr ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 41,8% artıb.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayımlayıb. Məlumata görə, beləliklə, ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 270,2 manat idisə, cari ilin oktyabr ayında bu məbləğ artaraq, 383,2 manat təşkil edib.