SOSİUM

03 Noyabr

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilat azalıb

2022-ci ilin üçüncü "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilat gündə orta hesabla 418 000 barel və ya ümumilikdə, təxminən 114 milyon barel, yəni 15 milyon ton olub.

Fins.az xəbər verir ki, bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin üçüncü rübündə neft hasilatı sutkada 461 min barelə bərabər idi. Beləliklə, AÇG üzrə hasilat 9,33 faiz azalıb.

"Üçüncü rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (105 000), Qərbi Azəri (108 000), Şərqi Azəri (63 000), Dərinsulu Günəşli (77 000) və Qərbi Çıraq (40 000) platformalarından birlikdə – gündə orta hesabla 418 000 barel və ya ümumilikdə, təxminən 114 milyon barel, yəni 15 milyon ton olub", - məlumatda deyilir.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş (2,31%)