SOSİUM

03 Noyabr

Cəbrayılda regional “DOST”, Kəlbəcərdə Reabilitasiya Mərkəzi yaradılacaq

“Ağalı kəndində ilk Smart-DOST məntəqəsi qurulub, 75 nəfər məşğulluqla təmin edilib”.

Fins.az-ın xəbərinə görə, bunu bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, Şuşada ilin sonunda “DOST” mərkəzinin fəaliyyətə başlayacağını gözləyirlər:

“Cəbrayılda regional “DOST” Mərkəzinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək”.