SOSİUM

03 Noyabr

Gələn il üçün səhiyyə xərcləri məlum olub, yoluxucu xəstəliklərlə mübarizəyə 100 milyon manat ayrılır

2023-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1906,4 milyon manat vəsait nəzərdə tutulub.

Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Bu, 2022-ci illə müqayisədə 197,6 milyon manat və ya 11,6 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 527,9 milyon manat və ya 38,3 faiz çoxdur.

Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,7 faiz (2022-ci illə müqayisədə 0,4 faiz-bənd çox) ÜDM-də xüsusi çəkisi isə 1,8 faiz (2022-ci illə müqayisədə 0,3 faiz-bənd çox) təşkil edəcək.

Son 5 ildə (2019-2023-cü illər) səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,1 faiz-bənd, mütləq ifadədə isə 1032,8 milyon manat və ya 2,2 dəfə artıb.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1263,8 milyon manatı (2022-ci illə müqayisədə 138,1 milyon manat və ya 12,3 faiz çox) və ya 66,3 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə, 1,8 milyon manatı və ya 0,1 faizi poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 171,4 milyon manatı və ya 9 faizi xəstəxanaların saxlanılması xərclərinə, 25 milyon manatı və ya 0,1 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə, 100 milyon manatı və ya xərclərin 5,2 faizi ölkədə yoluxucu xəstəliklərə yoluxmaya qarşı mübarizə tədbirlərinə (vaksinlərin, testlərin (reagentlərin)), dərman, tibbi ləvazimatların, avadanlıqların və digər malların alınması və xidmətlərin göstərilməsi xərclərinə yönəldiləcək.

Xərclərin 365,6 milyon manatı və ya 19,3 faizi isə səhiyyə sahəsində digər xidmətlərin, o cümlədən Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş sosial tədbirlərin maliyyə təminatı üçün 73,7 milyon manat, hüquq mühafizə orqanlarına aid olan səhiyyə müəssisələri üçün 52,7 milyon manat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidməti xərcləri üçün 10,5 milyon manat, səhiyyə sahəsi üzrə bir sıra proqram və tədbirlərin maliyyə təminatı üçün 85,6 milyon manat, Xüsusi Tibb Xidməti üçün 21,1 milyon manat, Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunun saxlanılması xərcləri üçün 50 milyon manat, səhiyyə sahəsi üzrə büdcədənkənar xərcləri üçün 12,3 milyon manat, digər xərclər üçün (məhkəmə-tibi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 70,3 milyon manat vəsait sərf ediləcək.