SOSİUM

03 Noyabr

Dərman və digər ləvazimatlara 236 milyon manata qədər vəsait ayrılacaq

Növbəti ildə səhiyyə sahəsində mövcud olan dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üçün 235,8 milyon manat vəsait proqnozlaşdırılıb.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Bu, 2022-ci illə müqayisədə 28,1 milyon manat və ya 13,5 faiz çoxdur.

Həmin vəsait xəstələrin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla təminatının yaxşılaşdırılmasına, xəstəliklərə qarşı mübarizə tədbirlərinin daha da genişləndirilməsinə, xəstəliklərin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsi tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.

© APA