SOSİUM

03 Noyabr

Azərbaycanda 2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması planlaşdırılır

“2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması planlaşdırılır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Deputat diqqətə çatdırıb ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur: “2022-ci ilin sonuna qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 AZN, 2023-cü ildə 898 manat olması planlaşdırılır. Bu isə demək olar ki, əmək haqqının böyük bir qisminin vergidən azad olunması deməkdir”.

© APA