SOSİUM

03 Noyabr

Səhiyyə naziri dərman çatışmazlığına aydınlıq gətirib

Heç bir dərman vasitələri ilə bağlı çatışmazlıq yoxdur.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur.

"Bilirsiniz ki, istehkakçılar dərmanlarda bəzi baza maddələrdən istifadə edirlər. Həmin maddələri istehsal edən iri şirkətlərin istehsalat xətlərində problemlər yaranıb. Bu problem təkcə Azərbaycanda deyil, eyni zamanda Avropa ölkələrində də müşahidə olunub. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb. Həmin dərmanlar da ölkəyə gətirilib və qısa zamanda pərakəndə satışa veriləcək".

Nazir onu da qeyd edib ki, Ukraynada olan vəziyyətlə əlaqədar olaraq mart ayında Nazirlər Kabinetinin tapşırığı ilə alternativ bazarlar müəyyən olunub və oradan gələn dərmanlar, analiz üçün reaktivlər alternativ bazarlardan təmin edilir. Bununla əlaqədar heç bir çatışmazlıq yoxdur.