SOSİUM

02 Noyabr

Bakı meri açıqladı: “Paytaxtda sovet dövründə tikilmiş bütün yaşayış binaları söküləcək”

Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək.

Bu barədə “XəzərXəbər”ə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  bildirib.

O deyib ki, paytaxtda məskunlaşan hər iki sakindən biri SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır.

Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

Söküləcək binalar həm beşmərtəbəli, həm də doqquzmərtəbəlilərdir. Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.

Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.

Eldar Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: