Gələn il Azərbaycanda pensiyaların 14.5-15 faiz artacağı gözlənilir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, artımlar bütün pensiyaçılara şamil ediləcək.
Komitə sədri vurğulayıb ki, növbəti il dövlət büdcəsinin təqribən 48 faizini sosial müdafiə xərcləri təşkil edir.