SOSİUM

27 Oktyabr

Sabahın hava proqnozu

Oktyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-22, dağlarda gecə 0-4, gündüz 5-8 dərəcə isti olacaq.