Medianın İnkişafı Agentliyi ASAN Radio ilə birgə media savadlılığının artırılması məqsədilə “Smart media” rubrikasına başlayır.
"Fins.az" xəbər verir ki, qlobal informasiya mühitinin əsas anlayışlarından olan media savadlılığı ilə bağlı məlumatlılığın artırılması üçün bu gündən etibarən həm ASAN Radio-nun dalğasında səsləndirilən çarxlar, həm də sosial media hesablarımızda paylaşılan postlar vasitəsilə mövzu ilə əlaqədar əsas suallar cavablandırılacaq.