SOSİUM

21 Oktyabr

"Quşları müşahidə et" ekspedisiyası

15 oktyabr tarixində "Forest School Azerbaijan" tərəfindən  Azərbaycan Ornitoloji cəmiyyətinin peşəkar mütəxəssisləri ilə birgə "Quşları müşahidə et" ekspedisiyası təşkil olunmuşdur. Məktəbli uşaqların iştirak etdiyi ekspedisiyada uşaqlar  Şirvan Milli Park ərazisində məskunlaşan müxtəlif heyvan və quş növləri haqqında məlumat almış və bir çoxunu yaxından müşahidə etmə imkanı əldə etmişdirlər.

Ekspedisiya zamanı Azərbaycan Ornitoloji Cəmiyyətinin peşəkar mütəxəssisi Elçin Sultanov quşları müşahidə fəaliyyət növü, binokldan istifadə qaydaları, quşların sayımı, Milli Park ərazisində məskunlaşan quşların növləri haqqında uşaqlara ətraflı məlumat vermişdir.

 "Forest School Azerbaijan" hər il məktəbli uşaqlar üçün köçəri quşların müşahidəsi ilə bağlı ekspedisiyalar təşkil edir. Ekspedisiyanın əsas  məqsədi gənc nəsildə bu fəaliyyət növünə marağı artırmaq və qoruqlarımızı yaxından tanıtmaqdır.