“Tıxaclarla bağlı problemi həll etmək üçün dənizdən istifadə etmək lazımdır”.
“Fins.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.
O vurğulayıb ki, qardaş Türkiyədə bu təcrübədən artıq istifadə olunub: “Sadəcə dəniz üzərində bir neçə dayanacaq qurulmalıdır. Bu baş verərsə, Bakı ilə Sumqayıt arasında, o cümlədən Günəşlidən gələndə olan tıxcaclar da aradan qaldırılar. Eyni zamanda velosiped yollarının çəkilməsi ilə bağlı iş gücləndirilməlidir”, - deputat əlavə edib.
(c) Qafqazinfo