SOSİUM

18 Oktyabr

Fins.az 9 yaşını qeyd edir 

18 oktyabr Fins.az kollektivi üçün xüsusi əhəmiyyətli gündür. Bu gün Azərbaycanın müstəqillik gününun bərpası günü olmaqla yanaşı Fins.az-ın yaranma günüdür. Fins.az-ın 9 yaşı tamam olur. 2013-cü ildə ilk olaraq sığorta xəbərlərini yayımlayan portal kimi fəaliyyətə başlayan Fins.az  9 il əzində ölkə iqtisadiyyatının bütün sahələrindən xəbər verən irihəcmli portala çevrilib. Fins.az fəaliyyəti müddətində oxuculara düzgün, obyektiv və aktual informasiya ötürməklə yanaşı Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını izləməyə çalışıb.

Çoxsaylı dövlət qurumları eyni zamanda iri həcmli banklar, şirkətlər iqtisadi subyeklərlə rəsmi əməkdaşlıq formalaşdırmağı bacarıb. Bu illər ərzində yayımlanan hər bir informasiyanın Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətə uyğun şəkildə, dövlətimizin idarəedilmə prinsipləri ilə səsləşən formada olmasına çalışıb.

Fins.az  Azərbaycan iqtisadiyyatının inkişafına dəstək göstərərək maliyyə qurumlarının, iri şirkətlərin, çoxsaylı sahibkarlıq subyektlərinin fəaliyyətinə dair məlumatları cəmiyyətimizlə bölüşdüyü açıq platformaya çevrilə bilib. Fins.az kiçik zaman kəsiyində ölkəmizdə iqtisadi proseslərlə maraqlanan kütlənin etibarlı məlumat mənbəyi olmağı bacarıb.

Fins.az kollektivi olaraq bundan sonrakı müddətdə də dövlətimizin ali prinsiplərinə sadiq şəkildə fəaliyyətimizi davam etdirmək iqtisadi inkişafımızı əks etdirən informasiyanın dəqiq, obyektiv və operativ şəkildə cəmiyyətə çatdırılması işini ən yükəsk formada təşkil etməyə çalışacağıq.

Müəllif: Fins.az