SOSİUM

06 Oktyabr

Bakı bulvarında yaşıllıqların sahəsi 4 dəfə artırılacaq

2040-cı ilə qədər Bakı Bulvarının ərazisinin genişləndirilməsi, yaşıllıqların sahəsinin təxminən 4 dəfə artırılması nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

"Paytaxtın yeni Baş Planı çərçivəsində bulvarın uzunluğu 25 km-dən çox olacaq. Yaşıllıq sahəsinin isə indiki 920 hektardan 3 169 hektara çatdırılması planlaşdırılır", - deyə o, qeyd edib.