İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX)2022-ci ilin yanvar-avqust aylarında icbari sosial sığorta üzrə ayırmaları 18% artırıb.
“Fins.az” DVX-yə istinadən məlumat verir ki, 2022-ci ilin 8 ayı ərrzində icbari sosial sığorta üzrə ayırmalar 2 milyard 946,8 milyon manat (artım 18,2%) təşkil edib.
İşsizlikdən icbari sığorta üzrə yığımlar 103,2 milyon manat təşkil edib (artım 20,3%).
Yanvar-avqust aylarında icbari tibbi sığorta yırmaları üzrə daxilolamlar 524,7 milyon manat (artım 41,1%) təşkil edib. **