"Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında istehsal olunan iki yeni qatar Rusiyadan yola salınıb və yaxın günlərdə Bakıya gətiriləcək.
Bunu “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, sazlama, sınaq və tənzimləmə işlərindən sonra qatarlar xəttə buraxılacaq.
“Oktyabr ayı ərzində isə daha iki qatar Bakıya gətiriləcək. Onlar da eyni qaydada - təchizat, sınaq, tənzimləmə və sazlama işlərindən sonra xəttə buraxılacaq. Bu işlər planlı şəkildə, mövcud inventar parkının, istismar müddətini başa vuran vaqonların əvəzinə tətbiq edilməsi şərti ilə həyata keçirilir”, - deyə Bəxtiyar Məmmədov qeyd edib.