SOSİUM

26 Sentyabr

Bakının bu rayonunda su kəsiləcək

Magistral su kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına görə bu gün Bakının Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Fins.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.