SOSİUM

21 Sentyabr

“Sosial yardım insanları xarab edib” - Hicran Hüseynova

Sosial yardım insanları xarab edib.

"Fins.az" APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib. Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər:Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz. Hicran Hüseynova qeyd edib ki, işsiz olduğunu deyən insanlar Dövlət Məşğulluq Agentliyinin müvafiq strukturlarına müraciət etmirlər: Amma biz insanları nazirliklərin gördüyü işlərlə bağlı da məlumatlandırmalı, əlaqələndirməliyik.