SOSİUM

20 Sentyabr

Azərbaycanda yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlar qadağan edilən peşələrdə işləyə bilməyəcək

Azərbaycanda yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlar qadağan edilən peşələrdə işləyə bilməyəcək.

Bununla bağlı Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə Əmək Məcəlləsində dəyişiklik layihəsi daxil olub.

Məcəlləyə dəyişiklik qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.

Qeyd edək ki, əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub.

© Report