Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planı açıqlanıb.
Bu, komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Komitənin 2022-ci il payız sessiyası üçün iş planına aşağıdakı qanun layihəsinin hazırlanması və bir sıra dinləmələrin keçirilməsi daxildir:
- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması;
- Koronavirusla bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair dinləmənin keçirilməsi;
- İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə dair dinləmə;
- Tibbi tullantıların idarə edilməsi ilə bağlı dinləmə.