2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 28,4% - 7 milyon 650,8 min tona qədər artıb.
Bu barədə "Fins.az"-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin ümumi həcmindən 7 milyon 74,4 min ton və ya 92,5% beynəlxalq tranzit yüklərin, 7,5% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2021-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 24,6% artıb.
2022-ci il sentyabrın 1-nə Azərbaycanın limanlarında 295,2 min ton yük qalıb