Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınmasına dair yayılan xəbərlərə münasibət bildirib.
Xidmətdən bildirilib ki, qurum tərəfindən işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib:
“Bu haqda sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib”.
Qeyd edək ki, sosial şəbəkərdə işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.