Sosial sığorta daxilolmaları son 8 ayda proqnoza nisbətən 2,8 faiz və ya 81 milyon manat artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Fins.az"-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7,6 faiz və ya 267 milyon manat çox olmaqla 3 milyard 780 milyon manat təşkil edib.
Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-avqust aylarında proqnoza nisbətən 2,8 faiz və ya 81 milyon manat artaraq 2 milyard 948 milyon manat olub.
DSMF-nin son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz və ya 202 milyon manat artaraq 3 milyard 467 milyon manata çatıb.