Sentyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Mərkəzindən verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.