SOSİUM

15 Sentyabr

Bu ilin 8 ayında DSMF-nin xərcləri artıb

Bu ilin 8 ayında DSMF-nin xərcləri 6,2 faiz və ya 202 mln. manat çox olub.

Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirlyindən verilən xəbərə görə, xərclər 2,8 faiz və ya 81 mln. manat artıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7,6 faiz və ya 267 mln. manat çox olmaqla 3 mlrd. 780 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-avqust aylarında proqnoza nisbətən 2,8 faiz və ya 81 mln. manat artaraq 2 mlrd. 948 mln. manat olub.

DSMF-nin son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz və ya 202 mln. manat artaraq 3 mlrd. 467 mln. manata çatıb.