Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağllı iddialara münasibət bildirib.
Nazirlikdən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - qurum bəyan edib.
Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.