SOSİUM

13 Sentyabr

KTMT Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşma baş verib. Nəticədə ölən və yaralananlar var. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməlidir. Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk”, - bəyanatda deyilir.

Bundan başqa, Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib.