Sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, təmir işləri yalnız gecə saatlarında icra olunacaq.
Məlumata görə, Ttəmir işlərinin həftəsonuna qədər (18 sentyabr) yekunlaşdırılması nəzərdə tutulur. Qeyd olunan müddət ərzində ərazidə tam deyil, qismən məhdudlaşma tətbiq olunacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.