"Nizami" metrostansiyası yolunda texniki cəhətdən tələblərə cavab verməyən, həmçinin stansiyanın orta zalı ilə birlikdə ümumi ansamblının estetik görkəminə uyğun gəlməyən işıqlandırma sisteminin yenidən qurulması zərurəti yaranıb.
Fins.az xəbər verir ki, "Bakı metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, bu məqsədlə hazırlıq işləri görülüb: "İşlər sərnişin hərəkətinə maneə yaratmamaq üçün, əsasən, gecə növbəsində aparılacaq. Gündüz stansiya yolunun işıqlanmasının hərəkətin təşkilinə uyğun olması üçün ehtiyat işıqlanma şəbəkəsi qurulub. Stansiya yolunda kosmetik işlər də aparılacaq".
Qeyd edək ki, buna qədər stansiyanın orta zalında əsaslı təmir işləri aparılıb. Nizami Gəncəvinin ölməz sənət əsərlərindən ibarət panolar orijinal görkəminə qaytarılıb. Həmin vaxt stansiyanın orta zalının işıqlanma sistemi də yenidən qurulub.