Bu ilin sonunadək Bakı metropolitenində 4 yeni qatarın istismara veriləcəyi gözlənilir.
Fins.az-ın xəbər verir ki, bunu "Bakı metropoliteni" QSC-nin metronun 55 illiyi ilə bağlı keçirdiyi brifinqdə çıxış edərkən qurumun sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, son iki il ərzində müəssisə tərəfindən 8 qatar istismara verilib ki, bununla da yeni qatarların ümumi sayı 95-ə çatdırılıb.
"Qısa zamanda 4 yeni qatarın istifadəyə verilməsi nəzərdə tutulur" - deyə, Hidayət Məmmədov qeyd edib.