SOSİUM

07 Sentyabr

Bu il pensiya ödənişlərinə 3,3 milyard manat yönəldilib

2022-ci ilin yanvar-avqust aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz (182 mln.manat) çox olmaqla 3 mlrd. 276 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Fins.az-a verilən məlumata görə, cari ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, pensiyaçılara maddi yardımlar ayrılıb. 1,2 mln pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 mln. manat əlavə vəsaitin ayrılması təmin edilib.

Bu ilin 8 ayında 18,6 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 66,9 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.