SOSİUM

07 Sentyabr

Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə 348 məktəbəqədər təhsil müəssisəsi keçib.

"Fins.az" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, onlardan 8-nin fəaliyyəti dayandırılıb.

“Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb", - deyə M.Vəliyeva əlavə edib.