DOST mərkəzlərində vətəndaşlara xidmətlərin çevikliyinin təmin edilməsi həmin xidmətlərdən vətəndaş məmnunluğuna nail olunması üçün aparılan işlərin əsas hədəflərindən biridir.
Cari ildə bu istiqamətdə növbəti irəliləyiş qeydə alınıb: DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu ildə 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil olduğu halda, bu il 7 dəqiqə 31 saniyə təşkil edib.
2019-cu ilin may ayından 5 DOST mərkəzi açılıb. Sosial sahələrə aid 154 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunduğu bu mərkəzlərdə ötən dövrdə 1 milyon 50 mindən çox vətəndaşa xidmət göstərilib.