SOSİUM

31 Avqust

Bakının bu hissəsində qaz olmayacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin bir hissəsinin dəyişdirilməsi və müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, 01.09.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.