SOSİUM

23 Avqust

Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu gün Nizami rayonu ərazisində “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilən yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.

İB-dən Fins.az-a bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Görülən işlər Nizami rayonu üzrə 10 mindən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.

Nizami rayonu